"Neftçi"dən Turan Vəlizadəni birillik icarəyə götürən "Turan Tovuz" paytaxt klubunun daha bir futbolçusuna elçi düşüb.

Qərb təmsilçisi bu dəfə Xəyal Nəcəfovun üzərində dayanıb. Tovuz komandası bakılıların ötən ilin yayında "Sumqayıt"dan transfer etdiyi, amma xidmətindən az yararlandığı yarımmüdafiəçini icarəyə götürmək məqsədilə hərəkətə keçib. "Ağ-qaralar" isə orta sahə oyunçusu ilə bağlı qərarını hələ verməyib.